Əlcəzair klubunun avtobusunun aşması nəticəsində 2 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Əlcəzair klubunun avtobusunun aşması nəticəsində 2 nəfər ölüb


Əlcəzairin “El Bayad” klubunun avtobusunun aşması nəticəsində 2 nəfər ölüb.

“Sizinxeber.az” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hadisə komanda yüksək liqanın XI turunda “Kabilia” ilə səfər oyununa yollanarkən baş verib.

Nəticədə köməkçi məşqçi Xalid Meftah və 27 yaşlı qapıçı Zakaria Buuziani vəfat edib. Daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Baş vermiş faciə ilə əlaqədar yerli futbol federasiyası ölkədaxili bütün liqalarda həftəsonu keçirilməli olan turu təxirə salıb. Eyni zamanda, dekabrın 26-da təşkil edilməsi nəzərdə tutulan Əlcəzair Kubokunun püşkatma mərasimi də təxirə salınıb.

Oxşar xəbərlər

Tanınmış hərbçi qəza törətdi, xanımı dünyasını dəyişdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də fırtına nəticəsində ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər