"Bavariya" dörd futbolçu ilə yolları ayıracaq
Almaniyanın "Bavariya" klubu dörd futbolçu ilə yollarını ayıracaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Matteys de Liqt, Nussair Mazraui, Brayan Saraqosa (icarə) və Kinqsli Koman (icarə və ya satış) yayın sonunadək komandanı tərk etməlidirlər.
Dezir Due ("Renn", Fransa) və Conatan Tanın ("Bayer 04") transferlərinə görə Münhen təmsilçisi De Liqt və Mazraui ilə vidalaşacaq. Rəhbərlik De Liqti İngiltərənin "Mançester Yunayted" klubuna bonuslar nəzərə alınmadan 50 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, K.Koman 2017-ci, De Liqt və Mazraui 2022-ci ildən "Bavariya"nın formasını geyinir. B.Saraqosa isə 2024-cü ilin fevralında İspaniyanın "Qranada" klubundan transfer olunub, daha sonra elə həmin komandaya icarəyə verilib. Onun icrarə müddəti yayda bitib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
