Markinyos Çempionlar Liqasında Roberto Karlosun rekordunu yeniləyib
sizinxeber.az xəbər saytı

Markinyos Çempionlar Liqasında Roberto Karlosun rekordunu yeniləyib


Fransanın PSJ klubunun braziliyalı futbolçusu Markinyos UEFA Çempionlar Liqasında həmyerlisi Roberto Karlosun rekordunu qırıb.

"Sizinxeber.az"un məlumatına görə, müdafiəçi buna Almaniyada "Bavariya" ilə heç-heçə etdikləri (1:1) yarımfinal mərhələsinin cavab oyununda iştirak etməklə nail olub.

Təcrübəli oyunçu qitənin bir nömrəli klub turnirində ən çox matça çıxan braziliyalı futbolçu ünvanına sahib çıxıb.

Münhen təmsilçisi ilə duel Markinyosun 121-ci qarşılaşması kimi tarixə düşüb. R.Karlos UEFA Çempionlar Liqasında 120 görüşdə iştirak edib.

Xatırladaq ki, ilk görüşdə "Bavariya"nı 5:4 hesabı ilə üstələyən PSJ finalda İngiltərə təmsilçisi "Arsenal"a rəqib olub. Jəlledici görüş mayın 30-da Budapeştdə baş tutacaq.

Oxşar xəbərlər

Xulian Alvares UEFA Çempionlar Liqasında 25 qola Messidən tez çatıb
PSJ "Lion"un rekordunu qırıb
Xorvatiyalı futbolçu Çempionlar Liqasında tarixə düşüb
UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər