"Mançester Siti" səfərdə "Everton"la heç-heçə edib
sizinxeber.az xəbər saytı

"Mançester Siti" səfərdə "Everton"la heç-heçə edib


İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında "Çelsi" doğma meydanda sürpriz şəkildə "Nottingem Forrest"ə məğlub olub: 1:3.

Günün son matçında çempionluq yolunda vacib görüş keçirilib.

"Mançester Siti" "Everton"un qonağı olub.

Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qalib müəyyənləşməyib: 3:3.

Bu nəticədən sonra "Siti" xallarının sayını 71-ə yüksəldib. Lider "Arsenal"dan 5 xal geri qalan Qvardiolanın yetirmələrinin ehtiyatında baş tutmamış 1 oyun var.

Təxirə salınan matçda "Siti" - "Kristal Pelas"la üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalıb.

Oxşar xəbərlər

"Tottenhem" "Mançester Siti"ni darmadağın edib, "Arsenal" və "Çelsi" qələbə qazanıb
“Mançester Siti” qələbə qazanıb, “Çelsi” və “Arsenal” xal itirib
“Mançester Siti” və “Çelsi” xal itirib
"Mançester Siti" səfərdə qalib gəlib
"Mançester Siti" məğlub olub, "Liverpul" qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər