"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir


İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir.

"Sizinxeber.az" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır.

Klub rəhbərliyi 25 yaşlı müdafiəçinin keçidini yayda gerçəkləşdirmək niyyətindədir.

Bundan əlavə, İspaniya təmsilçisi "Barselona" da Mikki van de Venlə müqavilə imzalamağı planlaşdırır.

Xatırladaq ki, oyunçunun "Tottenhem"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün yarışlarda 40 matçda yeddi qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Aston Villa" Markus Reşfordu yayda heyətinə qatmaq istəyir
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
"Mançester Yunayted" yayda dünya çempionunu heyətinə qatmaq istəyir
"Liverpul" Abde Ezzalzulini heyətinə qatmaq istəyir
"Mançester Yunayted" "Brendford"un futbolçusu ilə danışıqlara başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər