“Beşiktaş” “Qalatasaray”ı darmadağın edərək Superkubokun qalibi olub
İstanbulda keçirilən Türkiyə Superkubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.
“Sizinxeber.az” xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçı Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Oyundan hesab hakimin start fitindən cəmi bir neçə saniyə sonra vurulub: 1-ci dəqiqədə norveçli Yunas Svenssonun ötürməsindən italiyalı hücumçu Çiro İmmobile topu tora qovuşdurub. Əsasən qarşılıqlı hücumlarla yadda qalan oyunda başqa qol vurulmayıb. Eyni zamanda, ilk yarı sərt oyunla da fərqlənib: hakim beş dəfə əlini cibinə atmalı olub.
İkinci hissəyə də “qara qartal”lar daha fəal başlayıb: 53-cü dəqiqədə birinci qolun iştirakçısı Svensson uruqvaylı qapıçı Musleranı məyus edib – 0:2. Oyunda növbəti qol bir də 81-ci dəqiqədə vurulub: İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. Cəmi 6 dəqiqə sonra “sarı-qırmızılar”ın müdafiəçisi Viktor Nelsson qırmızı vərəqə alaraq meydandan qovulub. Bu isə “Beşiktaş”a yeni qol imkanları yaradıb: əlavə edilmiş birinci dəqiqədə Rafa Silva, bir dəqiqə sonra isə Mustafa Hekimoğlu fərqlənərək hesabı darmadağın həddinə çatdırıb – 0:5.
Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusu olaraq qalır.
Oxşar xəbərlər
Bu gün futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək
Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçını idarə edəcək hakim bəlli olub
İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb
UEFA Konfrans Liqası: "Sumqayıt" - "Fehervar" matçında üçüncü qol vurulub - YENİLƏNİB 6
Premyer Liqa: "Neftçi" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












