"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsini uzatmağa yaxındır
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsini uzatmağa yaxındır


İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kobbi Meynunun müqaviləsinin müddətini uzadacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının XXXII turunda "Lids"ə qarşı keçirəcəkləri oyundan əvvəl məlumat verib.

O, danışıqların son mərhələdə olduğunu vurğulayıb:

"Razılaşma başa çatmaq üzrədir. Ona görə də biz müsbət düşünürük. Necə olacağını zaman göstərəcək, amma biz sakitik".

Xatırladaq ki, 20 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi. Yeni anlaşmanın 2031-ci ilədək nəzərdə tutuacağı gözlənilir. "Mançester Yunayted" bu gün, Bakı vaxtı ilə saat 23:00-da "Lids"lə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Mançester Siti" Erlinq Holannın müqaviləsinin müddətini 2034-cü ilədək uzadacaq
"Mançester Yunayted" İtaliya klubunun futbolçusunu transfer etmək istəyir
"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
"Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb
"Mançester Yunayted" futbolçusu ilə müqavilə müddətini artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər