Rəşad Sadıqov: Səfərdən vacib qələbə ilə qayıdırıq
Ağır səfərdən çox vacib qələbə ilə qayıdırıq.
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Slovakiyada “DAK 1904” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis ilk dəqiqələrdən sonadək nizam-intizamlı olduqlarını bildirib: "Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm".
Baş məşqçi Avropa Liqasında Moldovanın "Şerif" komandasına uduzduqları görüşdən sonra hər hansı ciddi dəyişiklik etmədiklərini söyləyib: "Azlıqda qalmasaydıq, bu rəqibi də keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik".
Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada Slovakiya təmsilçisinə dörd cavabsız qolla qalib gələn "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq. Bu raundun oyunları avqustun 8-də və 15-də baş tutacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq növbəti mərhələyə yüksəlib
Rəşad Sadıqov: İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik
"Zirə"nin baş məşqçisi: Salifu Suma öz karyerasını təhlükə altına qoydu
UEFA Konfrans Liqası: "Zirə"nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












