Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib
sizinxeber.az xəbər saytı

Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib


"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Sizinxeber.az"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Slovakiyada "DAK-1904" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 2:1. "Qartallar"ın qollarını 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə penaltidən Qismət Alıyev vurub. Meydan sahiblərindən Alexandro Mendez 40-cı dəqiqədə fərqlənib.

Bakıda rəqibini dörd cavabsız qolla üstələyən "Zirə" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə"nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə" fasiləyə üstün yollanıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Sabah" və "Zirə" cavab oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə" "DAK 1904" klubunu böyük hesabla məğlub edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə" - "DAK 1904" görüşündə iki qol vurulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər