Konfrans Liqası: "Sabah" və "Zirə" cavab oyununa çıxacaq
Bu gün Azərbaycanın daha iki təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
"Sizinxeber.az"un məlumatına görə, "Sabah" İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edəcək.
"Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi slovakiyalı Peter Kraloviç olacaq. Macarıstandakı ilk matçda "Sabah" rəqibini üç cavabsız qolla üstələyib.
"Zirə" isə Slovakiyada "DAK 1904" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan Yovan Kaçevski idarə edəcək. Doğma meydandakı ilk dueldə Azərbaycan klubu 4:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Sumqayıt" II təsnifat mərhələsində mübarizəni dayandırıb. "Gənclik şəhəri" təmsilçisi iki görüşün nəticəsinə əsasən Macarıstanın "Fehervar" klubuna məğlub olub - 1:2, 0:0.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: Azərbaycan klubları ilk matçlarına çıxır [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstanda cavab oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah" - "Makkabi" oyununa 6500 bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sabah" - "Makkabi" oyununa 4500 bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












