Çempionlar Liqası: "Qarabağ"ın Bolqarıstan klubu ilə oyunlarının hakimləri müəyyənləşib
"Qarabağ"ın Bolqarıstanın “Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
6 avqust.
20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider
Baş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin Zürçer
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç
Tofiq Bəhramov adına Respublika stadionu
13 avqust
22:00. “Ludoqorets” - “Qarabağ”
Baş hakim: Simon Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperiale
Dördüncü hakim: Matteo Marçetti
VAR hakimləri: Gianluka Aureliano, Marko Serra
"Ludoqorets Arena"
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
ÇL: "Qarabağ"-"Ludoqorets" oyunlarının vaxtı açıqlanıb
"Qarabağ"ın Cəbəllütariq klubu ilə matçının hakimləri dəyişdirilib
Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun mümkün rəqibi müəyyənləşib
Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













