"Sumqayıt"ın baş məşqçisi: Turnirə hazırlıqsız başlamışdıq
Turnirə hazırlıqsız başlamışdıq.
"Sizinxeber.az"un Macarıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə "Fehervar"la oyundan sonra mətbuat konfransında bildirib.
Mütəxəssis artıq Azərbaycan çempionatına köklənəcəklərini bildirib :
"Futbolçularıma təşəkkür edirəm. Ağır matçda qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik. Turnirə hazırlıqsız başlamışdıq. Süliman İsanın zədələnməsi, Murad Xaçayevin cəzalı olması bizi pis vəziyyətdə qoydu. Düşünürəm ki, futbolçular bacardıqlarını etdilər. Artıq çempionata köklənəcəyik".
Qeyd edək ki, qarşılaşma qolsuz yekunlaşıb. İki oyunun nəticəsinə (2:1, 0:0) görə, "Sumqayıt" Konfrans Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
"Fehervar"ın baş məşqçisi: Çox rahat qələbə olmadı
Samir Abasov: Azlıqda qalmağımız bütün planlarımızı pozdu
Samir Abasov: "Sabah bizi ağır oyun gözləyir"
Samir Abasov: Biz qalan 30 faiz şansımızdan yapışacağıq
Samir Abasov: Sabah bizi ağır oyun gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













