CAS UEFA-nın İngiltərə klubu ilə bağlı qərarını qüvvədə saxlayıb
sizinxeber.az xəbər saytı

CAS UEFA-nın İngiltərə klubu ilə bağlı qərarını qüvvədə saxlayıb


İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İngiltərənin "Kristal Pelas" klubunu Avropa Liqasından diskvalifikasiya etmək barədə qərarını qüvvədə saxlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi 2024/2025 mövsümündə İngiltərə Kubokunun qalibi olub və Avropa Liqasına vəsiqə əldə edib.

Lakin iyulda UEFA komandanı Fransanın "Lion" kollektivi ilə sahibi eyni olduğundan Konfrans Liqasına göndərib. "Lion" Liqa 1-də altıncı yeri tutub.

Qeyd edək ki, "Kristal Pelas" ötən gün "Liverpul"u əsas vaxtı 2:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında (3:2) məğlub edərək İngiltərə Superkubokuna sahib çıxıb.

Oxşar xəbərlər

“Kristal Pelas” “Liverpul”u məğlub edərək İngiltərə Superkubokunu qazanıb
"Kristal Pelas" ilk dəfə İngiltərə Kubokunu qazanıb
“Kristal Pelas” İngiltərə Superkubokunun qalibi olub
İngiltərə millisinin sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıra bilər
İngiltərə Liqa Kuboku: “Mançester Yunayted” rəqibinə 7 cavabsız qol vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər