Cahangir Həsənzadə: "Zirə"nin Konfrans Liqasındakı rəqibi keyfiyyətli oyunu ilə seçilir"
sizinxeber.az xəbər saytı

Cahangir Həsənzadə: "Zirə"nin Konfrans Liqasındakı rəqibi keyfiyyətli oyunu ilə seçilir"


UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu keyfiyyətli oyunu ilə seçilir.

Bunu “Sizinxeber.az”a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə deyib.

Mütəxəssis “Zirə”nin sərfəli nəticə qazanacağına inamını ifadə edib:

“Zirə”nin rəqibi güclüdür. Ümumiyyətlə, püşk zamanı təmsilçimizə ən arzuolunmaz rəqib düşüb. Çünki siyahıda daha uyğun komandalar var idi. “Hayduk” kifayət qədər keyfiyyətli oyunu ilə seçilir. Həmçinin bildiyimə görə, heyətində böyük dəyişiklik etməyib. Bu mənada “Zirə”nin sıxıntıları ola bilər. Ümumiyyətlə, Xorvatiya klubu “Zirə”dən həm maliyyə, həm də futbolçu potensialı baxımından bir pillə öndədir. Lakin bu, “Zirə”nin zəif, “Hayduk”un isə tamamilə üstün olacağı anlamına gəlmir. Baş məşqçi Rəşad Sadıqovun özünəməxsus oyun üslubu var və güclü rəqiblərə qarşı adekvat qərarlar verə bilir. “Zirə” ilk oyunda sərfəli nəticə qazana bilər”.

Qeyd edək ki, “Zirə” - “Hayduk” görüşü bu gün “Neftçi Arena”da, saat 19:30-da başlayacaq.

Oxşar xəbərlər

"Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibi böyükhesablı qələbəyə sevinib
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
UEFA Konfrans Liqası: "Zirə" ilk sınağına çıxır
"Hayduk"un baş məşqçisi: "Zirə" avrokuboklardakı çətin rəqiblərdən biridir"
UEFA Konfrans Liqası: “Zirə” - “Hayduk” matçına 3500 bilet satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər