"Hayduk"un baş məşqçisi: "Zirə" avrokuboklardakı çətin rəqiblərdən biridir"
"Zirə" avrokuboklardakı güclü rəqiblərdən biri hesab olunur.
"Report" xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Bakıdakı ilk qarşılaşmadan qələbə ilə ayrılmaq istədiklərini söyləyib:
"Avrokuboklar mövsümü başlayıb və biz rəqabət aparmağa hazırıq. "Zirə" avrokuboklarda güclü rəqiblərdən biridir. Sabah yaxşı nəticə əldə etmək istəyirik. Biz yeni komanda hesab olunur. Rəqib komandanın baş məşqçisi Rəşad Sadıqov uzun illərdir orada çalışır. Bu isə o deməkdir ki, komanda artıq nə istədiyini bilir".
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Oxşar xəbərlər
Rəşad Sadıqov: ""Hayduk"la oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm"
Salifu Suma "Zirə"dən ayrılıb
Xorvatiya klubunun futbolçusu: "Əsas hədəfimiz "Zirə" üzərində qələbə qazanmaqdır"
"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək
"Zirə" bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












