"Şamaxı" Ramiz Məmmədovla yollarını ayırıb
“Şamaxı” FK-nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.
Bölgə təmsilçisindən "Sizinxeber.az"a verilən məlumata görə, buna səbəb mütəxissisin I Liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdır.
2022-ci ildən "Şamaxı"nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.
Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.
Oxşar xəbərlər
“Şamaxı”nın İdarə Heyətinin sədri: Premyer Liqaya qayıdaraq tarixi gerçəkləşdirdik - MÜSAHİBƏ
"Şamaxı" məşqçisi ilə yollarını ayırıb
"Şamaxı" Cəlal Hüseynovla yollarını ayırıb
“Şamaxı” klubu futbolçusu ilə yollarını ayırıb
"Şamaxı" müdafiəçi ilə yolları ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













