Məşhur reper futbol klubunda pay alıb
sizinxeber.az xəbər saytı

Məşhur reper futbol klubunda pay alıb


Məşhur reper Snoop Dogg "Suonsi" futbol klubunun səhmdarı olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Çempionşip iştirakçısının rəsmi açıqlamasında deyilir.

"Sky Sports" bildirir ki, musiqiçi kluba şəxsi sərmayəsini yatırıb.

Klubun sahibləri Brett Kravatt və Ceyson Koen brendi dünya bazarında inkişaf etdirmək və gəlirlərini artırmağı hədəfləyir.

İki gün əvvəl Snoop Dogg "Suonsi"nin yeni mövsüm üçün nəzərdə tutulmuş formasının təqdimat mərasimində iştirak edib.

Xatırladaq ki, apreldə klubun səhmdarları siyahısına Luka Modriç də qoşulub. "Real Madrid"in keçmiş yarımmüdafiəçisi yeni mövsümdən "Milan"da çıxış edəcək.

Oxşar xəbərlər

Luka Modriç İngiltərə klubunun sahiblərindən biri olacaq
Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
Luka Modriç Madrid derbilərində iştirak sayına görə rekordçu olub
Məşhur reper zorakılıq və insan alverində ittiham edilir
"Milan" klubunun futbolçusu "Real"ın diqqət mərkəzinə düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle