Yeni icraçı-direktor: "Kəpəz" hər zaman diqqət mərkəzindədir
"Kəpəz" vəziyyətindən asılı olmayaraq hər zaman diqqət mərkəzindədir.
Bunu "Report"a açıqlamasında Gəncə təmsilçisinin yeni icraçı-direktoru Cabir İbrahimov deyib.
Təyinatı ilə bağlı danışan klub rəsmisi ona göstərilən etimada görə rəhbərliyə öz təşəkkürünü bildirib:
"Kəpəz" ölkəmizin ən titullu klublarından biridir. Bu tarixi klubda işləmək hamı üçün şərəfdir. Sponsorumuzun olmamasına baxmayaraq komanda son iki mövsümdə çempionatda yerini qoruyub. İndi də ilk vəzifəmiz bu olacaq. Artıq 3 tərəfdaşımız var. Klub rəhbərliyi sponsor tapılması üçün səylərini davam etdirir. İşimiz çoxdur. Mən də üzərimə düşən vəzifəni lazımınca yerinə yetirmək üçün bütün gücümü ortaya qoymuşam".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün I turunda "Kəpəz" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Oxşar xəbərlər
"Kəpəz"in yeni icraçı-direktorunun adı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kəpəz” rəsmisi: “Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf Premyer Liqada qalmaqdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kəpəz” Premyer Liqanın digər klubları ilə yoxlama görüşü keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" futbolçulara 10 günlük istirahət verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












