AFFA nümayəndəsi Almaniyada “Future Leader in Football 2025" proqramına qatılıb
sizinxeber.az xəbər saytı

AFFA nümayəndəsi Almaniyada “Future Leader in Football 2025" proqramına qatılıb


AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin mütəxəssisi Nərmin Sidaliyeva Almaniyanın Lörrax şəhərində təşkil olunan “Future Leader in Football 2025" (Futbolda Gələcək Liderlər) proqramına qatılıb.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, DFB, Alman Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) və “Volkswagen” tərəfindən təşkil olunan proqramda 25 fərqli ölkədən qadın iştirakçılar yer alıb.

Proqramın təşkilində məqsəd gender bərabərliyi, qadın liderliyinin gücləndirilməsi və qadınların futboldakı rolunun artırılması olub. Həmçinin iştirakçılara liderlik, strategiya qurmaq, sosial dəyişiklik təşviq etmək və beynəlxalq şəbəkə qurmaq bacarıqları öyrədilib.

Tədbirdə təqdimatçı kimi iştirak edən nümayişçi qonaqlar arasında UEFA-nın vitse-prezidenti Laura Makallister, Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness, UEFA-nın Qadınlar Futbolu direktoru Nadine Kessler, eyni zamanda Aleksandra Popp və Cessika Libbertz kimi nüfuzlu şəxslər yer alıblar.

Oxşar xəbərlər

AFFA-nın prezidenti UEFA-nın toplantısına qatılıb
AFFA nümayəndəsi UEFA-nın forumunda iştirak edib
AFFA-nın departament əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
AFFA rəsmisi FIFA-nın seminarına qatılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle