Azərbaycanlı hakim-inspektor: Frank De Blekere tələbkardır
İnsan olaraq yaxşıdır, həm də tələbkardır.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın keçmiş FIFA referisi Anar Salmanov AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Blekerenin təyinatı ilə bağlı açıqlamasında deyib.
43 yaşlı hakim-inspektor vaxtilə belçikalı mütəxəssisin ona müəllimlik etdiyini də vurğulayıb:
“Frank De Blekere tanış simadır. 2012-2013-cü illərdə mən istedadlar qrupunda olanda bizə rəhbərlik edən şəxslərdən biri o idi. İnsan olaraq yaxşıdır, həm də tələbkardır. Bizim vaxtımızda o müəllimlər qrupunda idi. İş prinsipinə gəlincə, necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, yaxşı olacaq”.
Qeyd edək ki, Frank De Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb. O, eyni zamanda UEFA-nın hakim-inspektoru vəzifəsini də yerinə yetirir.
Oxşar xəbərlər
Azərbaycanın FIFA referisi: Frank De Blekere ölkəmizə gəlmiş ən təcrübəli mütəxəssisdir
AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
AFFA-nın Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib
Azərbaycanın FIFA referisi növbəti təyinat alıb
Türkiyənin tanınmış teleaparıcısı və aktyoru Kənan Işık ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












