AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunub, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Frank de Bleker iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
Qeyd edək ki, Frank de Bleker 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb və UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir.
O, daha əvvəl Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorun müavini vəzifəsində işləyib. Sabiq referi 7 dəfə Belçikada ilin hakimi seçilib, 6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.
Oxşar xəbərlər
AFFA Hakimlər Komitəsinin sədri: "5-6 oyunda məni çox məyus edən hakim səhvləri oldu" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA Hakimlər Komitəsi yeni namizədlərin hazırlığına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün AFFA-ya yeni prezident seçiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












