Çimərlik futbolu üzrə Azərbaycan Superliqasının qalibi müəyyənləşib
Çimərlik futbolu üzrə Azərbaycan Superliqasının qalibi müəyyənləşib.
"Sizinxeber.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan “VTB Bank” ölkə çempionu adını qazanıb.
“Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.
13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusuna verilən mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.
Çempion komanda “VTB Bank” Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.
Oxşar xəbərlər
Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”
Çimərlik futbolu üzrə Azərbaycan çempionatları keçirilib
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazanıb
Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb
"Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













