"Liverpul" ölən futbolçunun formasını dövriyyədən çıxarıb
sizinxeber.az xəbər saytı

"Liverpul" ölən futbolçunun formasını dövriyyədən çıxarıb


"Liverpul" klubu avtomobil qəzasında dünyasını dəyişən futbolçu Dioqu Jotanın 20 nömrəli formasını dövriyyədən çıxarıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, heç bir futbolçu “Liverpul”da qadınlardan ibarət komanda və akademiya da daxil olmaqla istənilən səviyyədə 20 nömrə altında oynamayacaq.

Xatırladaq ki, Portuqaliya millisinin oyunçusu iyulun 3-də avtomobil qəzasına düşüb.

Dioqu Jota İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.

Oxşar xəbərlər

"Liverpul" Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
"Liverpul" klubunun və Portuqaliya yığmasının futbolçusu 28 yaşında vəfat edib
"Liverpul" həlak olan futbolçunun müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək
Mbappe klublararası dünya çempionatında "Borussiya"ya vurduğu qolu ölmüş futbolçuya həsr edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər