Mbappe klublararası dünya çempionatında "Borussiya"ya vurduğu qolu ölmüş futbolçuya həsr edib
sizinxeber.az xəbər saytı

Mbappe klublararası dünya çempionatında "Borussiya"ya vurduğu qolu ölmüş futbolçuya həsr edib


"Real Madrid"in hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/4 finalında Dortmund "Borussiya"sının qapsına vurduğu qolunu "Liverpul"un avtomobil qəzasında dünyasını dəyişən hücumçusu Dioqu Jotaya həsr edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Real Madrid" Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. “Real Madrid”in üçüncü qolunu Mbappe 90+4-cü dəqiqədə vurub.

Xatırladaq ki, Portuqaliya millisinin oyunçusu iyulun 3-də avtomobil qəzasına düşüb.

Dioqu Jota İspaniyanın qərbindəki Zamora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Faciədə futbolçu ilə yanaşı qardaşı da dünyasını dəyişib.

İyulun 5-də Jota və qardaşı Andre Silvanın dəfn mərasimi olub. Mərasim futbolçuların böyüdüyü Qondomar şəhərinin qəbiristanlığında baş tutub.

Oxşar xəbərlər

Klublararası dünya çempionatı: “Real Madrid” "Borussiya"nı məğlub edərək yarımfinala yüksəlib
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
Mbappe klublararası dünya çempionatında "Real"ın növbəti matçını da buraxacaq
Mbappe xəstəliyə görə 4-5 kq arıqlayıb
"Real" 1/4 finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər