Azərbaycan və Özbəkistan futbol üzrə Dünya Çempionatını keçirmək üçün birgə namizədliyini irəli sürüb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Özbəkistan futbol üzrə Dünya Çempionatını keçirmək üçün birgə namizədliyini irəli sürüb


Azərbaycan və Özbəkistan FIFA U-20 2027 Dünya Çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər.

Apasport.az xəbər verir ki, FIFA 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərin dəyərləndirməsinə başlayıb. Futbol sahəsində həyata keçirilən fəal islahatlar, yaradılan infrastruktur və türkdilli ölkələrin artan beynəlxalq nüfuzunu nəzərə alaraq, Azərbaycan və Özbəkistan futbol federasiyaları səylərini birləşdirərək turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər və bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə tam hazır olduqlarını ifadə ediblər.

Bu gün Azərbaycan Özbəkistanla birlikdə belə nüfuzlu yarışa ev sahibliyi etməyə tam hazırdır. Ölkəmizdəki bir sıra stadionlar beynəlxalq standartlara cavab verir. Azərbaycan son illərdə bir sıra böyük turnirlərin təşkilində əhəmiyyətli təcrübə qazanıb. Bura AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı daxildir. FİFA və UEFA rəsmiləri Bakıda keçirilən mötəbər turnirləri yüksək qiymətləndiriblər.

Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də dünyanın müxtəlif ölkələrindən gələcək azarkeşlərin qəlbini qonaqpərvərliyi, peşəkar yanaşması, futbola olan sadiqliyi və əlbəttə ki, futbolsevərlərin səmimi sevgisi ilə fəth etməyə hazırdır.

Oxşar xəbərlər

FİFA prezidenti: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
FİFA 2034-cü ildə dünya çempionatının keçiriləcəyi ölkəni açıqlayıb
Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb
Ronaldo prezidentliyə namizədliyini irəli sürüb
Hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle