sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lyakazett Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqavilə bağlayacaq
Fransanın “Lion” klubunun sabiq hücumçusu Aleksandr Lyakazett Səudiyyə Ərəbistanı təmsilçisi “Neom” ilə müqavilə bağlayacaq.
"Sizinxeber.az" xəbər verir ki, 34 yaşlı fransalı forvardın "Lion"la müqaviləsinin müddəti başa çatıb və o, hazırda azad agentdir.
Futbolçu Pro Liqa təmsilçisi "Neom"la 2 illik müqavilə üzrə tam razılığa gəlib. O, artıq bu klubda tibbi müayinədən də keçib.
Qeyd edək ki, Aleksandr Lyakazett "Lion"un heyətində ümumilikdə 201 qol vurub. O, klubun tarixində ən çox qol vuran ikinci oyunçudur.
Oxşar xəbərlər
"Lion" cari mövsümün sonunda Lyakazettlə vidalaşacaq
"Qarabağ"la oyun "Lion"un iki futbolçusu üçün əlamətdar ola bilər
PSJ-nin yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçib
Fransa klubunun futbolçusunun evi qarət edilib
Kriştianu Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
