Niderland millisinin sabiq futbolçusu həbs edilib
sizinxeber.az xəbər saytı

Niderland millisinin sabiq futbolçusu həbs edilib


Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.

33 yaşlı vingerin vəkili həbs xəbərini təsdiqləyib. O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb.

Oyunçu əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.

Qeyd edək ki, Kvinsi Promes 2018-2019 mövsümündə "Sevilya"da (İspaniya) çıxış edib. 2019-2021-ci illər aralığında "Ayaks"ın (Niderland) formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il "Spartak"ın (Moskva, Rusiya) şərəfini qoruyub. Promes son olaraq "Dubay Yunayted"in uğurları üçün çalışıb.

Oxşar xəbərlər

Niderland millisinin sabiq futbolçusu məşqçiliyə başlamağa hazırlaşır
PSJ-nin sabiq futbolçusu Niderland klubu ilə anlaşıb
Çin millisinin sabiq baş məşqçisi 20 illik həbs cəzasına məhkum edilib
Braziliya millisinin sabiq futbolçusu London klubundan ayrılıb
Portuqaliya millisinin sabiq futbolçusu saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər