Avstriyalı xizəkçi dünya çempionatında qazandığı bürünc medaldan məhrum edilib
sizinxeber.az xəbər saytı

Avstriyalı xizəkçi dünya çempionatında qazandığı bürünc medaldan məhrum edilib


Avstriyalı xizəkçi Mario Zaydl 2019-cu ildə dünya çempionatında qazandığı bürünc medaldan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) qərar çıxarıb.

Bu, qanında dopinq aşkarlanan idmançının işi üzrə İdman Arbitraj Məhkəməsinin (CAS) son qərarının ardından reallaşıb.

CAS M.Zaydlın 2016, 2017 və 2019-cu illərdə əldə etdiyi nəticələrin, titulların və pul mükafatlarının ləğvi barədə qərar verib.

FIS sözügedən dünya çempionatında bürünc medalın Yaponiya komandasına verildiyini açıqlayıb.

İdmançı əvvəllər açıqlamasında hipoqammaqlobulinemiya adlı nadir immun pozğunluqdan əziyyət çəkdiyini, bunun da qanda aşağı səviyyəli antikorlarla xarakterizə olunduğunu bildirmişdi.

Oxşar xəbərlər

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Dopinq testlərindən yayınan Olimpiya mükafatçısı iki illik diskvalifikasiya olunub
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb
Azərbaycan güləşçiləri Albaniyada dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar
Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər