“Neftçi” İdman Klubunun rəsmisi boksçunun 48 aylıq cəzalandırılmasına münasibət bildirib
“Neftçi” İdman Klubunun baş meneceri Elmar Babanlı boksçu Fərid Sadıqovun Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 48 aylıq cəzalandırılmasına münasibət bildirib.
O, “Sizinxeber.az”a açıqlamasında "Neftçi"nin üzvü olan boksçunun böyük ehtimalla bilməyərəkdən qadağan olunmuş dərmanlardan istifadə etdiyini söyləyib.
“Öz təcrübəmə əsasən deyə bilərəm ki, idmançılar adətən hansısa xəstəliklə bağlı müalicə alanda bilməyərəkdən tərkibində qadağan olunmuş maddələrin yer aldığı dərmanlardan istifadə edirlər. Sonradan ciddi yarış zamanı dopinq test verərkən həmin maddə aşkarlanır. Çox güman, Fərid Sadıqovda da belə olub. Onun məqsədyönlü şəkildə əlavə güc və dözümlülük verən kimyəvi dərmanlardan yararlandığına inanmıram”, - deyə E.Babanlı vurğulayıb.
Qeyd edək ki, F.Sadıqov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlandığına, həmçinin qadağan olunmuş üsuldan istifadə cəhdlərinə görə AMADA tərəfindən 4 illik diskvalifikasiya olunub. Onun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.


width="220" alt="Azərbaycan boksçusu dopinqə görə 48 aylıq diskvalifikasiya olunub" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />