Boksçu Fərid Sadıqov dopinqə görə yarışlardan 4 illik kənarlaşdırılıb
sizinxeber.az xəbər saytı

Boksçu Fərid Sadıqov dopinqə görə yarışlardan 4 illik kənarlaşdırılıb


Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğu üçün 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, Sadıqovun nümunələrində qadağan olunmuş maddələrin, onların metabolitlərinin və ya markerlərinin izləri aşkarlanıb.

Bununla yanaşı, o, həm də qadağan edilən maddədən və ya üsuldan istifadə etdiyi və ya bu istiqamətdə cəhd göstərdiyi üçün də cəzalandırılıb.

Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan boksçusu dopinqə görə 48 aylıq diskvalifikasiya olunub
Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb
Ukraynalı atlet dopinqə görə cəzalandırılıb
Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib
“Çelsi”nin və Ukrayna millisinin futbolçusu Mudrikdə dopinq aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər