Azərbaycanın güləş millisinin baş məşqçisi: "Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin"
Çalışacağıq ki, uğurlu nəticələrin davamı gəlsin.
Bunu “Sizinxeber.az”a açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.
Mütəxəssis qazanılan nəticəyə görə sevincli olduğunu bildirib:
"Yunan-Roma, sərbəst və qadınlardan ibarət güləş yığmalarını təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Məşq etməyimiz və beynəlxalq turnirlərə qatılmağımız üçün hər şərait yaradılıb. Güləşçilərimiz Slovakiyada çox yaxşı çıxış etdilər. Bunun nəticəsi olaraq müxtəlif əyarlı medallar qazandılar. Bununla belə, dayanmaq fikrimiz yoxdur".
O, sentyabr ayında Xorvatiyada keçiriləcək dünya çempionatında da uğur qazanmaq istədiklərini söyləyib:
"Qarşıda bizi mundial gözləyir. Bu yarışa da ciddi hazırlaşacağıq. Avropa çempionatındakı uğurlu çıxışlarımızın davamını gətirmək istəyirik. Lakin əsas hədəf 2028 Los-Anceles Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Heyətdə yer alan güləşçilərin gənc olmaları da qarşıdakı Olimpiadaya daha inamlı hazırlaşa bilməyimiz üçün hesablanıb".
Qeyd edək ki, təmsilçilərimiz yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.


width="220" alt="Azərbaycanın güləş millisinin baş məşqçisi: "Avropa çempionu olacağımızı bilirdik"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />