Azərbaycan Stronqmen Federasiyasının prezidenti pauerliftinqçinin 36 aylıq diskvalifikasiya edilməsinə münasibət bildirib
Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının idarə heyətinin üzvü, eyni zamanda Azərbaycan Stronqmen Federasiyasının prezidenti olan Bəxtiyar Quliyev pauerliftinqçi Rəşad Əliyevin dopinqə görə 36 aylıq diskvalifikasiya edilməsinə münasibət bildirib.
O, bu barədə “Report”a açıqlama verib.
Federasiya rəsmisi idmançının bilməyərəkdən tərkibində qadağan edilmiş maddələrin olduğu qidalar qəbul etdiyini deyib:
“Rəşad təcrübəsizdir, məsləhətsiz iş görüb. Özü ilə söhbət etdim. O, yarışdan sonra dopinq yoxlanışı keçiriləcəyindən xəbərsiz olduğunu dedi. Bəzi qidalar var ki, idmançılar qəbul etməməlidir, çünki tərkibində dopinq var. Həmçinin bəzi müalicəvi dərmanların tərkibində qadağan edilmiş maddələr var. Xəstəliyi sağalda bilər, amma idmançı bu dərmanları qəbul etməməlidir. Bu məsələlərlə bağlı hətta bir müddət əvvəl idmançılara seminar da keçmişdik”.
B.Quliyev idmaçının şəxsi məşqçisinin olmadığını vurğulayıb:
“Rəşadın məşqçisi də yoxdur. Özü üçün, nəzarətsiz şəkildə məşq edir. Bununla yanaşı, pambıq zavodunda fəhlə kimi çalışır. Bəzən ona maddi dəstək göstərməyə çalışıram. İndiyə qədər heç vaxt beynəlxalq yarışlara getməyib. Hər dəfə müəyyən problemləri çıxıb. Amma Azərbaycan çempionu olub. Elə sonuncu dəfə pauerliftinq üzrə Azərbaycan çempionatının qalibi olduqdan sonra dopinq yoxlanışına cəlb edilib. Bəlkə də şəxsi məşqçisi olsaydı, belə problem yaşamazdı”.
Qeyd edək ki, Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub. Onun nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanıb.


width="220" alt="Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />