Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb


Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.

“Sizinxeber.az” AMADA-ya istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.

Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.

S.Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.

Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.

Oxşar xəbərlər

Rusiya çempionu dopinqə görə cəzalandırılıb
İsrail idmançısı iki il müddətinə diskvalifikasiya edilib
Rusiyalı atletlər dopinqə görə diskvalifikasiya olunublar
Azərbaycan çempionu 4 illik diskvalifikasiya olunub
Ukraynalı atlet dopinqə görə cəzalandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər