Elvin Quliyev: “Gəncə stadionunda görülən işlər III MDB oyunlarının başlayacağı tarixə qədər yekunlaşacaq”
Gəncə stadionunda görülən işlər III MDB oyunlarının başlayacağı tarixə qədər tam yekunlaşacaq.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bunu Gəncə Daşkəsən Regional İdman İdarəsinin rəisi Elvin Quliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibədə Gəncə şəhər stadionunda görülən işlərlə bağlı danışarkən deyib.
Qurum rəsmisi stadionun 15 min 400 nəfər tamaşaçı tutumuna malik olacağını bildirib:
"III MDB oyunlarının açlış və qapanış mərasimi keçiriləcək stadion tam müasir tələblərə cavab verəcək və 15 min 400 nəfər tamaşaçı tutumuna malik olacaq. Həmçinin MDB oyunlarının bir hissəsi Gəncə İdman Sarayında da baş tutacaq. Burada 8 idman növü üzrə yarışlar keçiriləcək. Sarayın azarkeş tutumu 2 min 200 nəfərdir və böyük zalda basketbol, futbol, voleybol, həmçinin digər oyunlar baş tutacaq. Gəncə İdman Sarayında VİP bölmələr də fəaliyyət göstərir. Atıcılıq və üzgüçülük bölməsi dünya standartlarına cavab verir”.
Qeyd edək ki, şəhərin mərkəzi stadionu 1964-cü ildə istifadəyə verilib. İdman qurğusu zamanla baxımsız vəziyyətə düşdüyündən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən inşa edilir.


width="220" alt="Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />