Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb


Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.

Federasiyadan "Sizinxeber.az"a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib.

Bütün raundları xeyrinə başa vuran Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.

Qeyd edək ki, bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.

Oxşar xəbərlər

Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan çempionatı: “Zirə” ardıcıl üçüncü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan paracüdoçusu reytinq xarakterli turnirdə gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər