Azərbaycan güləşçilərinin Avropa Olimpiya Təsnifat turnirində ilk rəqibləri müəyyənləşib
Sabah Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün hər 3 güləş növü üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.
Sabah yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kq) 1/8 finalda Aleksey Masiklə (Ukrayna) qarşılaşacaq. İslam Abbasov (87 kq) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kq) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.
Aprelin 6-da qadın güləşçilər xalçaya çıxacaqlar. Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibiylə üz-üzə gələcək.
Xatırladaq ki, hər çəkidə 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Avropa çempionatı: bu gün 5 güləşçi mübarizəyə qoşulacaq, 3-ü medal görüşünə çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












