Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün reytinq cədvəli açıqlanıb
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
"Report"un məlumatına görə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 450 xalla ikincidir. Atlet Anna Skidan (315 xal) isə üçüncü olub.
İlk "10-luq"da Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (310 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (250 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal), ağırlıqqaldıran Dadaş Dadaşbəyli (205 xal) və cüdoçu Yaşar Nəcəfov (190 xal) yer alıblar.
Oxşar xəbərlər
Azərbaycan idmançılarının yeni reytinq cədvəli: Hidayət Heydərov ikinci pillədə qərarlaşıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
