Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin sentyabr ayına olan reytinq cədvəlini açıqlayıb.
Qurumdan "Report"a verilən məlumata görə, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (590 xal) birinci pillədəki yerini qoruyub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci olub. Paris-2024-də qızıl medal qazanan cüdoçu Zelim Kotsoyev (470 xal) isə üçüncü pilləyə yüksəlib.
İdman gimnastı Nikita Simonov (400 xal) dördüncü, cüdoçu Elcan Hacıyev (320 xal) beşinci, atlet Anna Skidan (315 xal) altıncı, digər cüdoçulardan Balabəy Ağayev (310) yeddinci, Yaşar Nəcəfov (300 xal) səkkizinci, Leyla Əliyeva (290 xal) doqquzuncu, Zelim Tçkayev (280 xal) isə onuncudur.
Oxşar xəbərlər
Hidayət Heydərov Azərbaycan idmançılarının yeni reytinq cədvəlində birinci pilləyə yüksəlib
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib
Paris-2024: Azərbaycan ikinci medalı təmin edib
Prezident İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











