ACF rəsmisi Beynəlxalq Olimpiya Komitəsinin diplomu ilə təltif edilib
sizinxeber.az xəbər saytı

ACF rəsmisi Beynəlxalq Olimpiya Komitəsinin diplomu ilə təltif edilib


Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil meneceri Orxan Oruczadə Beynəlxalq Olimpiya Komitəsinin Elit İdmanda Mental Sağlamlıq ixtisası üzrə təhsilini uğurla başa vuraraq diplomla təltif olunub.

Bu barədə "Sizinxeber.az"a ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Diplom İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində keçirilən məzuniyyət mərasimində təqdim edilib.

Bu təhsil proqramı yüksək səviyyəli idmançılara mental sağlamlıq sahəsində vacib bilik və bacarıqlar qazandırır, bu sahənin aparıcı mütəxəssisləri tərəfindən 10 ay ərzində tədris edilir.

Orxan Oruczadə Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə bu proqrama qatılıb.

Oxşar xəbərlər

Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Bakıya gəlib
Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib
Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb
Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle