2023-cü ildə uğur qazanan uşuçularla görüş keçirilib
2023-cü ildə uşu üzrə Dünya Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı), dünya çempionatı (Texas, ABŞ) və Avropa çempionatında (İstanbul, Türkiyə) uğur qazanan idmançılarla görüş keçirilib.
“Report”un məlumatına görə, görüşdə Azərbaycan Uşu Federasiyasının (AUF) prezidenti Azər Həsənsoy, vitse-prezidenti Namiq Əsgərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, kurator Əliniyaz Mirzəyev və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov iştirak ediblər.
İlk olaraq Namiq Əsgərov idmançıları və məşqçiləri təbrik edib, 2024-cü ildə baş tutacaq yarışlarda onlara uğurlar arzulayıb. Ardından nazirliyin əməkdaşları təbriklərini çatdırıblar.
Azər Həsənsoy il ərzində uşuçuların 5 mötəbər yarışda iştirak etdiklərini bildirib, onların uğurlarından və səhvlərindən danışıb. O, göstərilən dəstəyə görə gənclər və idman nazirı Fərid Qayıbova, nazir müavini Mariana Vasilevaya və idman şöbəsinin müdiri Elnur Məmmədova təşəkkürünü bildirib.
Oxşar xəbərlər
FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şöbə müdiri: “Dünya çempionatının Heydər Əliyevin yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həndbol üzrə Azərbaycan çempionatı: “Azəryol” liderlə xal fərqini qoruyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” ardıcıl 6-cı qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












