Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının ilk cəhddən sonra mövqeyi bəlli olub - YENİLƏNİB
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk cəhdlərdən sonra mövqeyi bəlli olub.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma hazırda 7-ci pillədə qərarlaşıb.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalarla hərəkətdə 33.850 xala layiq görülmüşdü. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.
Təsnifat mərhələsində 24 kollektiv mübarizə aparır. Ən ən yaxşı milli finala vəsiqə qazanacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.
Yığma 33.850 xala layiq görülüb. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq
Azərbaycanın bədii gimnastika üzrə millisi Fransadakı yarışda finala yüksəlib
Paris-2024: Bu gün Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayacaq
Paris-2024: Azərbaycanın bədii gimnastı mübarizəyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













