Paris-2024: Azərbaycan atıcısı finala vəsiqə qazana bilməyib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan atıcısı finala vəsiqə qazana bilməyib - YENİLƏNİB


Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.

"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız ikinci mərhələdə 291 xal toplayıb.

Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.

12:20

Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizəyə start verib.

"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, o, ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb.

İdmançımız bu nəticədən sonra 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan atıcısı 18-ci yeri tutub - YENİLƏNİB
Paris-2024: Azərbaycan atıcısı 25 metr məsafəyə atəşaçma yarışında mübarizəyə başlayıb
Paris-2024: Azərbaycan atıcısı mübarizəyə başlayıb
Paris-2024: Ruslan Lunyov 25 metr məsafədə 8-ci oldu
Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında mübarizəyə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər