Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib.
"Sizinxeber.az"un məlumatına görə, bu, cüdoçu Zelim Kotsoyevin (100 kq) ötən gün qızıl mükafat əldə etməsi sayəsində mümkün olub.
Daha əvvəl digər cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Qardaş ölkə Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır.
İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.
Hələlik 50 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan ikinci medalı təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Fransadakı səfiri: İnanırıq ki, Paris-2024 bizim üçün ən uğurlu olimpiada olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












