Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb
sizinxeber.az xəbər saytı

Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb


Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Olimpiya Evi”ndə tədbir keçirilib.

"Sizinxeber.az"un Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin (AOK) baş katibi Rafael Paqnozzi, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, bir çox ölkələrin milli olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar iştirak ediblər.

A.Əliyev, Nenad Laloviç, Rafael Paqnozzi çıxış edərək Azərbaycanda idmanın inkişafını vurğulayıblar. Çıxışçılar idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan danışıblar.

Çıxışlardan sonra Rafael Paqnozzi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman naziri Fərid Qayıbova və Azərbaycan MOK-un baş katibi Azər Əliyevə xatirə hədiyyələri təqdim edib.

Tədbirdə olimpiya oyunlarının çempionu Hidayət Heydərov sürəkli alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Oxşar xəbərlər

Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının iclası başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər