Azərbaycan gimnastları Belarusdakı qran-pri yarışında 4 medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan gimnastları Belarusdakı qran-pri yarışında 4 medal qazanıblar


İyulun 26-dan 28-dək Belarusun paytaxtı Minskdə keçirilən bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” qran-pri yarışında Azərbaycan təmsilçiləri 4 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, fərdi gimnast Şəms Ağahüseynova top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal əldə edib.

Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan gimnastları komanda hesabında bürünc medal qazanıblar
Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb
Prezident kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər