Avropa çempionatı: Azərbaycan gimnastları komanda hesabında bürünc medal qazanıblar
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycan gimnastları komanda hesabında bürünc medal qazanıblar


Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi gimnastları komanda hesabında bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, topla çıxışda İlahə Bahadirova (29,850) üçüncü, lentlə yarışda Şəms Ağahüseynova (29,000) dördüncü, halqa ilə Gövhər İbrahimova (30,050) altıncı, gürzlə çıxışda isə Fidan Qurbanlı (28,500) Avropa çempionatını yeddinci pillədə başa vuraraq, komanda hesabına bürünc medal qazandırıblar.

Qeyd edək ki, turnirə mayın 26-ı yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın daha 4 güləşçisi medal qazanıb
Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub
Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər