sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub
Braziliyanın üzgüçülük millisinin üzvü Ana Karolina Vieyra komandadan qovulub.
"Sizinxeber.az" Braziliya Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının Parisəki Olimpiya kəndini icazəsiz tərk etməsi səbəb olub.
Vieyra iyulun 26-da komanda yoldaşı Qabriel Santosla birlikdə düşərgəni icazəsiz tərk edib. Hər iki idmançıya xəbərdarlıq edilib. Lakin A.K.Vieyra komissiyanın qərarına aqressiv şəkildə etiraz etdiyi üçün millinin düşərgəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Braziliya millisi 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının təsnifat mərhələsində 12-ci yeri tutub.
Oxşar xəbərlər
Braziliya millisi Argentinaya uduzaraq Paris Olimpiadasına vəsiqə qazana bilməyib
Braziliya millisinin baş məşqçisi açıqlanıb
Paris-2024: Kanada millisinin baş məşqçisi drondan istifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb
"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq
Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













