Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq
Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
"Report" xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.
İdmançımız N qrupunun II matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.
Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.
Daha sonra ölkəmiz cüdo yarışlarında təmsil olunacaq. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.
Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.
Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz
Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.
Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan badmintonçusu məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












