Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.
"Report" xəbər verir ki, ilk yarış günündə Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib.
O, finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.
Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taskaya (11:0), türkiyəli Yusuf Tosuna (3:3) və ermənistanlı Samvel Terteryana (4:1) qalib gələrək finala vəsiqə qazanıb. Davud gürcüstanlı Anri Putkaradzeylə qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, finallar sabah keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi U-15 Avropa çempionatının finalına yüksəlib
Avropa çempionatı: Azərbaycanın daha iki güləşçisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











