× Maraqlı MÜSAHİBƏ Press-reliz Manşet Kriminal AVTO-MOTO Sağlamlıq Şou-biznes
  • ☰ BöLmələr

Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Gənclər və İdman Nazirliyi, Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 28-ci beynəlxalq memorialına start verilib.

"Report" xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-ın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda misilsiz xidmətlərindən danışaraq yüksək statuslu memorialın iştirakçılar üçün nufuzlu yarışlar öncəsi mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan və Tacikistandan ümumilikdə 70-ə yaxın idmançı mübarizə aparır.

Memorialın ilk günündə kişilər arasında nüvə itələmə yarışında qalib olan İsmayıl Əliyev 17.50 metr nəticə göstərərək 1961-ci ildən bəri Zaur Sadıxova məxsus olan Azərbaycan rekordunu yeniləyib. Bu növdə qadınlar arasında Səkinə Hacızadə bütün rəqiblərini qabaqlayıb. Üç təkanla tullanmada Nazim Babayev və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

100 metr məsafəyə qaçışda müvafiq olaraq kişilər və qadınlarda Əlhəm Nağıyev və Fəridə Rzayeva, 400 metrdə Novruz Əsədli və Lamiyə Vəliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli memorialın qalibi olub. 4x100 metr estafetdə kişilərdə Oqtay Xudiyev, Ruslan Klyukov, Yusuf Abdullayev,Vladimir Borisov, qadınlarda isə Safiya Kərimova, Ləman İsfəndiyarova, Lamiyə Vəliyeva, Fəridə Rzayeva baş mükafatları qazanıblar.

SON XƏBƏRLƏR

Siqaretin qiymətində kəskin artım: Nə baş verir?

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Azərbaycanda bəzi cərimələr sərtləşdirilir

“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA

Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib

Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır

"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır

Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib

Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib

Gömrük generalı təqaüdə göndərildi

Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib

Ümummilli lider Heydər Əliyevin anım günüdür

“Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq”

Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir

Parlament dövlət sosial müdafiə fondunun 2026-cı il üçün büdcəsini təsdiqlədi

BÜTÜN XƏBƏRLƏR